Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun, eyni zamanda 2016/17-ci il mövsümünün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, elit-raundda yığmamız 1-ci qrupda Almaniya, İrlandiya və Polşa komandaları ilə qarşılaşacaq. 
Bu mərhələnin oyunları gələn il aprelin 5-də, 7-də və 10-da keçiriləcək.
Püşkə əsasən, yığmamız final mərhələsi 2017-ci ilin yayında Şimali İrlandiyada keçiriləcək qitə birinciliyinin seçmə mərhələsində isə 8-ci qrupda İspaniya, Ukrayna və Latviya komandaları ilə mübarizə aparacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp