Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Lliqasında yaranmış fasiləylə əlaqədar olaraq "Qarabağ" baş məşqçisi Qurban Qurbanov son – XII turundakı "Xəzər – Lənkləran"la oyundan sonra komandaya 3 günlük istirahət vermişdi. Futbolinfo.az xəbər verir ki, fasilə başa çatıb və "atlılar" növbəti turda qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarına start verib. 
Ağdam təmsilçisi hazırlıq çərçivəsində yoxlama matçı da keçirəcək. "Atlılar" bazar günü Premyer Liqanın autsayderi "Rəvan"la qarşılaşacaq. Oyun "İnter Arena"da keçiriləcək və saat 12:00-da start götürəcək.   
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp