"Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniya La Liqasının XII turunda "Real"la oyunda iştirak etmək üçün əlindən gələni əsirgəmir. Futbolinfo.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən argentinalı hücumçu artıq komanda ilə birgə məşqlərə başlayıb.
İspan mətbuatının yazdığına görə, məşqlərə başlamağına baxmayaraq Messinin “El-Klassiko”da oynayıb-oynamayacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Madrid klubu ilə matç noyabrın 21-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp