AÇ-2016-nın final mərhələsinə hazırllıq məqsədi ilə bu gün Fransa ilə yoxlama matçı keçirəcək Almaniya millisi arzuolunmaz hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, sözegedən komandanın Parisdə məskunlaşdığı oteldə həyəcanlı anlar yaşanıb.
Belə ki, mehmanxanda bomba olması ilə bağlı polisə xəbər daxil olub. Sözügedən binada araşdırma aparan hüquq mühafizə orqanları isə oranı ciddi nəzarətə götürüb. 
Bu məlumatı yığmanın meneceri Oliver Bierhoff da təsdiqləyib. Oteldən çıxarılan komanda üzvləri isə həmin şəhərdə "Roland Garros" tenis turnirinin keçirildiyi bazada gözlədilir. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp