Hakimlər Komitəsinin sədri, AFFA-nın hakim-inspektoru Xaqani Məmmədov haqqında şok video üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, sportinfo.az-da yer alan videomaterialda maraqlı məqamlar üzə çıxıb.
Belə ki, HK sədri 2001-ci il iyulun 28-də UEFA kubokunda “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasındakı oyunda rüşvət alıb və matçı idarə edən Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədovla birlikdə bunu həyata keçiriblər. Yayılan videoda eşidilir ki, Xaqani Məmmədov latviyalılar tərəfindən edilən təklifi laysmana çatdırır və onun baş hakimə deməsini istəyir. Asim Xudiyev təklifdən sonra xorvatiyalıların məğlubiyyətinə çalışsa da, buna nail ola bilməyib.
Maraqlı bir fakt da ondan ibarətdir ki, həmin vaxt “Dinaburq” klubunun baş məşqçisi hazırda “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçuk olub. Sözügedən məsələ videonun 3-cü dəqiqəsindən müzakirə olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp