Mixail Skibbe ilə yolları ayırdıqdan sonra İsmail Kartalı baş məşqçi postuna gətirən “Əskişəhərspor” 4 oyundan sonra onunla da yollarını ayırdı. Futbolinfo.az xəbər verir ki,  hazırda Sərgən Yalçınla danışıqlar aparan Türkiyə klubunun rəsmilərinin xarici mütəxəssislərlə görüşdüyü də ortaya çıxıb. 
“Ajanshaber”in iddiasına görə Superliqa təmsilçisinin prezidenti Məsur Hoşcan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə də görüşüb. Amma müsbət cavab ala bilməyən Hoşcan Haci cə Kristof Dauma da təklif göndərib.
Qeyd edək ki, bir neçə gün öncə digər qardaş ölkə təmsilçisi "Trabzonspor"un da Prosuneçki ilə maraqlandığı deyilirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp