Milli komandaların oyunları ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən istifadə edən klublar hazırlıqlarını davam etdirirlər. “Kəpəz” AZAL-la yoldaşlıq oyunu keçirib. Bir neçə futbolçusu milli komandaların düşərgəsində, üç futbolçusu isə zədəli olan gəncəlilər qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayırılıblar.

 
Qeyd edək ki, bu iki komanda bir həftə əvvəl Premyer Liqa çərçivəsində üz-üzə gəlmişdilər və tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp