AVRO-2016-nın seçmə mərhələsinin pley-off oyunları çərçivəsində bu gün daha 2 oyun keçirilib. Öncə Lvov şəhərində futbol həyəcanı yaşanıb.

 
Belə ki, Ukrayna yığması öz meydanında Sloveniya ilə qarşılaşıb. Ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.
 
Günün ikinci matçında isə İsveç Danimarka ilə qarşılaşıb. Zlatan İbrahimoviçin komandası 2:1 hesablı qələbə qazansa da, səfər qolu vuran Danimarka növbəti matç üçün ümidlərini saxlayıb. 
 
Qeyd edək ki, rəqiblər arasında cavab oyunu noyabrın 17-də keçiriləcək.
 
Ukrayna – Sloveniya 2:0
Qollar: Yarmolenko, 23, Seleznyov, 54
 
İsveç – Danimarka 2:1
Qollar: Forsberq, 45, İbrahimoviç, 49 (pen.) – Yorgensen, 80
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp