Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sumqayıt" ötən gün yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da 1-ci divizion təmsilçisi "Bakı"nı qəbul edən "kimyaçılar" 3:1 hesablı qələbə qazanıb. 
Bu görüşdə qalib komandanın qollarını Amil Yunanov (2) və Pərdis Fərcad-Azad vurub. "Zolaqlılar"ın heyətində isə Vüqar Namazəliyev fərqlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp