Bu gün “Neftçi”nin inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda çıxış edən Samir Əliyev klubun baş məşqçi postunu tərk etməsindən danışıb:
“Yayda klub rəhbərliyi mənə etimad göstərdi və baş məşqçi vəzifəsinə təyin olundum. Mənim üçün böyük təcrübə oldu. Əlbəttə, hazırkı nəticələr məni də qane etmirdi. Komandanın potensialı bundan artığını etməyə imkan verir. Əsgər müəllimi çoxdan tanıyıram. Onun rəhbərliyi altında gənclərdən ibarət yığma komandalarda və əsas millidə oynamışam. Əsgər müəllim məşqçilik sahəsində daha təcrübəlidir. İnanıram ki, təcrübəsi sayəsində komandaya daha çox xeyir verəcək. “Neftçi”dən və sizdən ayrılmıram. Gələcək fəaliyyətim üçün “Pro” kateqoriyalı kurslarda iştirak etməyim mənim üçün çox vacibdi. Hamınıza uğurlar arzulayıram, bu futbolçuların böyük potensialı var və “Neftçi”ni daha yüksək yerlərə daşıyacaq gücdədir”.
Qeyd edək ki, ötən gün Samir Əliyevin istefası qəbul edilib və komandanı çalışdırmaq vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp