Bu gün “Neftçi”nin inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda çıxış edən paytaxt klubunun Müşahidə Şurasının üzvü Əsgər Abdullayev bu sözləri deyib:
“Samir Əliyev həm idmançı, həm də insani keyfiyyətləri ilə hər zaman seçilib. Səmimi deyirəm ki, onun xətrini övladım qədər istəyirəm. Rəhbərliyim altında oynayan vaxtlarında da Samir nümunəvi futbolçu olub. Mən Samirə məşqçilik təhsilində uğurlar arzulayıram. İstəyim odur ki, “Pro” kateqoriyasına yiyələnsin və yenidən “Neftçi”də onu baş məşqçi görüm”.
Qeyd edək ki, ötən gün Samir Əliyevin istefası qəbul edilib və komandanı çalışdırmaq vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp