Dünən Avropa Çempionatının (AÇ-2016) pley-off mərhələsinin ilk cavab oyunu baş tutub. Futbolinfo.az xəbər verir ki, Macarıstan öz meydanında Norveçi qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da 1:0 hesabı ilə rəqibini üstələyən macarlar gələn il Fransada keçiriləcək qitə turnirinə vəsiqə qazanıb. 
Qeyd edək ki, mərkzi avropalılar sonuncu dəfə 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatında iştirak etmişdi. Ümumiyyətlə, sözügedən milli komanda 1986-cı ildən bəri heç bir böyük turnirdə iştirak edə bilmirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp