Türkiyə millisinin baş məşqçisi Fatih Terim Azərbaycana gələcək. Futbolinfo.az xəbər verir ki, mütəxəssisin səfəri bu həftəyə nəzərdə tutulub. 
62 yaşlı çalışdırıcı sabah Yunanıstanla keçiriləcək yoxlama görüşündən sonra paytaxtımızın qonağı olacaq. Terimin gəlişinin məqsədi hansısa açılış tədbiri üçün nəzərdə tutulub. 
Qeyd edək ki, sözügedən məşqçi 2006-cı ildə Bakıda Azərbaycan və Türkiyə milliləri arasında keçirilən yoldaşlıq matçında "ay-ulduzlular”a rəhbərlik edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp