İspaniya futbolunun canlı əfsanəsi Raul Qonzales karyerasını bitirib. Futbolinfo.az xəbər verir ki, 38 yaşlı veteran hücumçu son oyununu "Nyu-York Kosmos"da NASL kubokunun finalında "Ottova"ya qarşı keçirib. 
Matçda Raulun çıxış etdiyi komanda 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 1994-2010-ci illər aralığında Madrid “Real”ının formasını geyinmiş Raul bu müddətdə 10 dəfə La Liqa çempionu olub, 4 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının, 1 dəfə Avropa Superkubokunun və 1 dəfə Qitələrarası Dünya Kubokunun qalibi adına yiyələnib. 2010-2012-ci illərdə “Şalke”də çıxış etmiş ispaniyalı bu müddətdə Almaniya Kuboku və Almaniya Superkubokunu başı üzərinə qaldırıb. Raul  2012-ci ildə yollandığı Qətərin “Əl-Sədd” klubu ilə ölkə çempionu olub. Futbolçu bu ildən ABŞ təmsilçisi “Nyu-York Kosmos”da çıxış edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp