Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar bu qarşılaşmaya yeni baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi ilə klubun bazasında hazırlaşırlar. 
 
Zədəli olan Araz Abdullayev və Sala Quintanın cənublularla oyunda meydana çıxıb-çıxmayacağı hələ dəqiq bilinmir. Yalnız hücumçu Ruslan Qurbanovun Lənkəran təmsilçisi ilə qarşılaşmanı buaraxacağı dəqiqdi. Belə ki, forvard sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşüb.
Qeyd edək ki, "Böyük oyun" adlanan qarşılaşma ayın 22-də, Lənkəran klubunun mərkəzi stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp