Sabah yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Azərbaycan – Moldova matçının hakimləri bəlli olub. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Gürcüstandan olan Laşa Silqavanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 2005-ci ildən FİFA referisi statusunu daşıyan 39 yaşlı ədalət təmsilçisi azarkeşlərimizə tanışdı.
Silqava təmsilçimin oyununu ilk dəfə 2008-ci ilin yanvarında “Birlik kuboku” çərçivəsində keçirilən matçda idarə edib. O, “Xəzər Lənkəran”ın Litva “Kaunas”ını 3:0 hesabı ilə darmadağın etdiyi oyunu əsas söz sahibi olub. Referi həmin görüşdə cənubluların 3, rəqibin isə 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan başqa, referi litvalı futbolçulardan birini də meydandan qovub. 
Gürcü hakimin təmsilçilərimizlə yolu növbəti dəfə həmin ilin noyabrında kəsişib. Albaniya millisi ilə Bakıda 1:1 hesabı ilə başa çatan matçda Silqava rəqib komandanın 1 futbolçusunu – Elvin Beqirini meydandan qovub. Referi bunu həmin oyunçunun onu təhqir etməsi ilə əlaqələndirmişdi. İlk yarıda fit sahibinin idarəçiliyindən narazı qalan albanlar hətta 2-ci hissəyə də çıxmaq istəmirdilər. Lakin sonradan onları bu fikirlərindən daşındırmaq mümkün olmuşdu.
Ümumiyyətlə, gürcü referilər indiyədək 9 dəfə komandalarımızın oyununa təyinat alıb. Bu qarşılaşmaların hamısı yoxlama matçı olub. Gürcülərin idarə etdiyi oyunlarda millimiz 2, rəqibləri isə 3 dəfə meydandan qələbə ilə ayrılıb. 4 görüşdə isə qalib müəyyən edilməyib.
17.09.1992. Gürcüstan 6:3 Azərbaycan (YO)
09.04.1996. Azərbaycan 0:1 Türkiyə (YO)
08.05.2001. Gürcüstan 1:0 Azərbaycan (YO)
28.05.2004. Azərbaycan 3:1 Özbəkistan (YO)
09.02.2005. Azərbaycan 0:0 Moldova (YO)
12.04.2006. Azərbaycan 1:1 Türkiyə (YO)
19.11.2008. Azərbaycan 1:1 Albaniya (YO)
15.08.2012. Azərbaycan 3:0 Bəhreyn (YO)
20.08.2014. Azərbaycan 0:0 Özbəkistan (YO)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp