Sabah millimizlə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının yarımmüdafiəçisi Aleksandru Onikenin futbolinfo.az saytına müsahibəsi:
– Azərbaycan yığması ilə matça hazırsız?
– Bizim üçün çox vacib görüşdü. Ciddi şəkildə hazırlaşırıq. Bilirəm ki, çətin oyun olacaq. Azərbaycan millisindən hücum futbolu gözləyirik. Çünki onlar doğma meydanda oynayacaqlar. 
– Yeni baş məşqçi ilə çətin olmayacaq ki?
– Yeni baş məşqçinin olması məsuliyyətimizi bir qədər də artırır. 
– Yığmamızın oyunlarını izləmisiz?
– Bəli, bir neçə matç izlədik. Onu bilirəm ki, Avropada oynayan 2-3 futbolçu var. Hətta səhv etmirəmsə, İspaniya La-Liqasında çıxış edən oyunçunuz da var (Eddi İsrafilovun “Eybar”da oynamasını nəzərdə tutur). Azərbaycan yaxşı komandadır. Bizim üçün asan olmayacaq.
– Azərbaycan millisi də baş məşqçisini yeni dəyişdirib…
– Robert Prosineçkini tanıyıram. Amma futbolçu kimi məlumatım var. Baş məşqçi kimi isə haqqında heç nə deyə bilmərəm. Sadəcə AÇ-2016-nın seçmə mərhələsinin son oyunlarına diqqət yetirsək, nəticələr pis deyil.
– Moldova millisinin vəziyyəti heç də ürəkaçan deyil. Bununla razısız?
– Düzdü, FİFA reytinqindəki yerimizə baxsaq, vəziyyətimiz çox pisdir. Sadəcə, Avropa Çempionatının seçmə mərhələsi oyunlarında da bəxtimiz gətirmədi. Ümid edirəm ki, yeni baş məşqçi gəlib və bizi uğura doğru aparacaq.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp