Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.
“Sarı-göylər”in bugünkü məşqi Bakıda – “Dalğa Arena”da reallaşıb. Hazırlıq planına əsasən, “Kəpəz” noyabrın 17,18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Ağdam klubu ilə oyun öncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp