Topaz Premyer Liqasının XIII turu çərçivəsində əzəli rəqibi "Neftçi"ni qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" noyabrın 15-də və 16-da gündə iki dəfə olmaqla məşq edib. 
Onu da əlavə edək ki, “Böyük oyun”a hazırlıq məqsədi ilə hər gün klubdaxili toplantılar keçrilir. Bu toplantılarda “Neftçi” ilə görüş öncəsi təşkilatlanmanın yüksək səviyyədə qurulması barədə müzakirə aparılır.
Qeyd edək ki, noyabrın 22-də “Xəzər Lənkəran” mərkəzi stadionu baş tutacaq sözügedən qarşılaşma saat 18:00-da start götürəcək.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp