Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, komandamızın rəqibi Moldova yığması olub.
 
Bu, seçməmizin cari ildəki son matçı olub. Həmçinin sözügedən oyun millimizin baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında evdə keçirilən ilk sınaq matçı idi.
 
İndiyə kimi 8 dəfə üz-üzə gələn komandaların duelindən yığmamız heç də üzüağ çıxmaışdı. Bu oyunlarda ancaq 1 dəfə rəqibini məğlub etməyi bacaran seçməmiz ikinci dəfə qələbə sevinci yaşayıb – 2:1. 
Yoldaşlıq oyunu
17 noyabr
Azərbaycan – Moldova 2:1
QOL: Katalin Karp, 32 (avtoqol), Ağabala Ramazanov, 49 – Aleksandr Antonyuk, 44
Baş hakim: Laşa Silaqava (Gürcüstan)
Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hər ikisi – Gürcüstan)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
Bakı Olimpiya Stadionu
 
Azərbaycan: Səlahət Ağayev, Qara Qarayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Əfran İsmayilov, Rəhman Hacıyev, Ruslan Qurbanov, Elvin Məmmədov
Moldova: İlya Çebanu, İqor Armaş, Katalin Karp, Viktor Qolovatenko, İon Jardan, Andrey Kojokar, Aleksandr Antonyuk, Aleksandr Dedov, Vitali Bordian,  Aleksandr Onika, Maksim Potarniçe
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp