Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf “Ayaks”dan ayrılıb. Futbolinfo.az xəbər verir ki, klubda məsləhətçi vəzifəsində çalışan 68 yaşlı mütəxəssis bunu "De Telegraaf" qəzetində açıqlayıb. 
Belə ki, adıçəkilən nəşrdə həftəlik yazı dərc etdirən Kroyf klubun aşağı yaş qrupu üzrə komandalarını tənqid edib və məsləhətlərinə qulaq asılmadığını bildirərək istefa verib. 
Qeyd edək ki, adıçəkilən mütəxəssis Amsterdan təmsilçisində 11 il futbolçu, 3 il də məşqçi kimi fəaliyyət göstərib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp