Avropa Liqasının qrup mərhələsini 5-ci turu çərçivəsində “Qəbələ” Yunanıstan PAOK-unun qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, artıq əyalət təmsilçisinin səfərə çıxacağı tarix bəllidi.
Klubun meneceri Səbuhi Səfiyarlıdan aldığımız məlumata görə komanda matçın keçiriləcəyi şəhərə – Salanikiyə qarşılaşmadan 1 gün öncə, yəni noyabrın 25-də yollanacaq. Çarter reysi ilə uçacaq komanda burada “Hyatt” otelində məskunlaşacaq. 
“Borussiya” ilə Dortmunndakı matçdan fərqli olaraq, bu dəfə səfərə azarkeş aparılmayacaq. “Qəbələ” vətənə matçdan 1 gün sonra – noyabrın 27-də qayıdacaq. 
Qeyd edək ki, noyabrın 25-də Salonikidəki “Toumba” stadionunda baş tutacaq PAOK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp