Bu gün 21 yaşlılardan ibarət Azərbaycan millisi Avropa çempionatın seçmə oyunları çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, komandamız rusiyalı həmyaşıdları ilə qarşılaşıb. 
 
Bu, yığmamızın cari tsikldə 7-ci, şimal qonşumuzun isə 4-cü matçı olub. Ardıcıl 5 oyundu məğlub olan Yaşar Vahbazadənin yetirmələri ruslarla görüşdə uğursuz seriyaya son qoymaq üçün vuruşurdu və bunu da bacardı. Görüş seçməmizin 3:0 hesablı qələbəsi ilə başa çatdı.
Avropa Çempionatının seçmə oyunu
17 noyabr
Azərbaycan (U-21) – Rusiya (U-21) 3:0 
QOL: Kerem Behnke, 11, 39, Elşən Abdullayev, 69 (pen.)
Baş hakim: Eytan Şumelvitz (İsrail)
Baş hakimin köməkçiləri: Nissan Davidi, Roy Hassan, Ziv Adler (hamısı İsrail)
“Bayıl Arena”
 
Azərbaycan: 1. Şahrudin Maqomedaliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 7. Taşkın İlter, 8. Elşən Abdullayev, 16. Elvin Camalov, 11. Kerem Behnke, 10. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 17. Abbas Hüseynov, 9. Fəhmin Muradbəyli, 14. Nicat Muxtarov, 18. Fuad Bayramov, 17. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Rusiya: 1. Anton Mitryuşkin, 2. Vyaçeslav Karavayev, 3. Nikita Çernov, 4. Camaldin Xodzaniyazov, 19. Sergey Makarov, 6. Dmitri Barinov, 8. Aleksandr Qolovin, 10. Aleksey Mirançuk, 11. Aleksandr Taşayev, 17. Yevgeni Kirişov, 9. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 22. İqor Obuxov, 15. Aleksandr Klesenko, 7. Aleksey Qasilin, 13. Vladislav Levin, 18. İqor Konovalov, 21. Konstantin Saviçyev, 20. Andrey Panyukov.
Baş məşqçi: Dimitri Xomuxa.
 
 
1.
Almaniya
 
4
4
0
0
16:1
12
     
2.
Avstriya
 
4
4
0
0
15:3
12
     
3.
Finlandiya
 
5
3
0
2
6:6
9
      
4.
Azərbaycan
 
7
2
0
5
5:16
6
      
5.
Rusiya
 
4
1
0
3
5:9
3
     
6.
Farer adaları
 
4
0
0
4
0:12
0
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp