Topaz Premyer Liqasının növbəti turunda “Rəvan” “Zirə”ni qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar" bu matça hazırlıqlarını davam etdirir.
Sözügedən komandanın heyətində itkilər var. Belə ki, müdafiəçi Yamin Ağakərimzadə və yarımmüdafiəçi Məmməd Quliyevin qarşıdakı görüşdə iştirak edib-etməyəcəyi qarşıdakı günlərdə bilinəcək. Digər arxa xətt oyunçusu Novruz Məmmədov isə komanda ilə çalışmalarda iştirak edir. Son turda “Neftçi” matçında zədələnərək, meydançanı yarımçıq tərk edən Orxan Lalayev isə məşqlərə qatılır. Müdafiəçinin zədəsi ciddi deyil. 
Qeyd edək ki, “Rəvan” – “Zirə” qarşılaşması ayın 22-i, saat 18:00-da, “Bayıl Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp