21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan – Rusiya oyunundan sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı qələbəni belə şərh edib:
“Komandamız bu gün nəyə qadir olduğunu göstərdi. Futbolçular əsl xarakter nümayiş etdirdi. Qeydə alınan hesab da göstərir ki, komandamız futbol oynaya bilir. Futbolçularımız hər oyunda xarakter göstərsələr, yaxşı nəticə qazanmaq mümkündür. Vacib olan özünəinamdır. Biz Almaniya yığması ilə qarşılaşmada da bugünkü sistemdən istifadə etdik və oyunumuz pis alınmadı. Bu gün Rusiya yığmasından daha yaxşı oynadıq və onlardan üstün olduq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp