Bu gün keçirilən Azərbaycan – Moldova oyunu yoldaşlıq xarakterli olsa da, deyəsən AFFA-da bundan xəbərsizdirlər. Belə ki, qurum bu matçı seçmə mərhələ görüşü kimi qələmə verib. 
Futbolinfo.az xəbər verir ki, AFFA -nın satışa çıxardığı biletin üzərində bu qarşılaşma Avropa Çempionatının seçmə oyunu kimi qeyd olunub. Görünür, seçmə oyunların biletlərini dəyişərkən cavabdeh şəxslər yalnız hazır eskizin üzərindən rəqibin adını dəyişib. Bu isə məsuliyyətsizlikdən başqa bir şey deyil. Bu həm də onu göstərir ki, heç AFFA-nın özündə də Moldova ilə oyuna ciddi yanaşmırlar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp