Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, evdə Moldova yığması ilə üz-üzə gələn komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
 
Bakı Olimpiya Stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Ştefan Stoyka məğlubiyyəti belə şərh edib:
“Yaxşı oyun oldu. Azәrbaycan yığması güclü komandadır. İlk hissә Azәrbaycan yığması yaxşı oynadı. Fikrimcә, maraqlı matç idi. Razıyam ki, son illərdә Moldova futbolu çox geriləyib. Son seçmә mәrhәlәdә cәmi 2 xal yığdıq. Hәm dә әsas 5 oyunçumuz yox idi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp