Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, evdə Moldova yığması ilə üz-üzə gələn komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
 
Bakı Olimpiya Stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən millimizin baş məşqçisi Robert Prosineçki qələbəni belə şərh edib:
– Deyәrdim ki, Azәrbaycan millisi ilk hissәdә indiyә kimi әn yaxşı oyununu oynadı. Baxmayaraq ki, ilk hissәnin son dәqiqәsindә sәhv etdik. Amma yaxşı matç oldu. Heyәtdә Rәşad Sadıqov, Eddi İsrafilov, Araz Abdullayev vә başqa әsas futbolçular yox idi. Gәnclәrә şans vermәk istәdim özüm dә. Onları da yoxlaya bildim. Bir neçә nәfәr özünü sübut etdi.
– Gәnclәrdәn kim özünü daha yaxşı tәrәfdәn göstәrdi?
– Bu gün әsas heyәtdә Pavel Paşayev vә Rәhman Hacıyev meydana çıxdı. Elşәn Rzazadә vә Ürfan Abbasov da sonradan meydana girdi. Amma sizin suala konkret cavab verim ki, Ağabala Ramazanov mәni tam qane etdi. O hәm qol vurdu, hәm çox çalışdı. Amma bütünlükdә hamıdan razı qaldım. Ümid edirәm ki, Azәrbaycan millisi yaxşı oynayacaq. Rәqiblәr bilsin ki, onlar üçün çәtin olacaq. Eddi İsrafilov, Dimitri Nazarov, Ruslan Abışov artıq öz klublarında әsas heyәtә düşürlәr. Namiq Әlәsgәrov qayıdacaq. Azәrbaycanda 3-4 istedadlı futbolçu varsa, 1-i Namiqdir. Cavid Hüseynovu unutmayaq. Ümid edirәm ki, o futbola qayıdacaq. 
– Mәrkәz müdafiәçidi mövqeyindә problem görünür. Rәşad Sadıqov olmayanda bu xüsusi hiss olunur…
– Sizinlә razıyam. Rәşada alternativ yoxdur ki, istәdiyimi futbolu oynayaq. Maksim Medvedev 3-cü dәfәdir ki, mәrkәz müdafiәçisi kimi çıxış edir. Çempionatın son turunda da "Xәzәr Lәnkәran"a qarşı mәrkәz müdafiәçisi kimi oynadı. "Kәpәz"in oyunun izlәmişәm. Tәrlan Quliyevi sol cinahda görürәm. O, bu mövqedә daha yaxşı çıxış edir. Tәәssüflәr olsun ki, Rәşad olmayanda çox çәtin olur. Maksimә yenә orda şans verәcәm. Başqa futbolçuları da sınayacam. Amma Sadıqov olmayanda güclü rәqiblәrә qarşı çıxış edәcәk bir müdafiәçi yoxdur.
– U-21-in oyununa baxdınızmı? Rusiyanı 3:0 hesabı ilә mәğlub etdilәr…
– Bәli, hәmin oyunu izlәdim. Bütün oyunları izlәdim. Elvin Camalovla Elnur Cәfәrovla orada çıxış etdilәr. Әgәr U-21-in oyununda olmasa idilәr, bura gәlәcәkdilәr. Adil Nağıyevin oyunun izlәdim. Xoşuma gәldi. Coşqun Diniyevin dә xırda problemi var ki, onu hәll etdikdәn sonra heyәtә dönәcәk. 
– Millimizdə Rüfәt Dadaşov adlı hücumçu var idi. Onu tanıyırsız?
– O, Almaniyada 4-cü liqada çıxış edir. Әgәr Dadaşov bizim Premyer Liqanın futbolçularından güclüdürsә, onda gәrәk mәn burda işlәmәyim.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp