AFFA-nın baş katibi Elxan Məmmədov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun 15 il əvvəl Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Xorvatiyada yerli “Osiek”lə Latviya “Dinaburq”u arasında keçirilən qarşılaşma zamanı baş hakim Asim Xudiyevə “qonaqlar 15 min təklif edir” ifadəsinə dair mövqeyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, AFFA funksioneri Məmmədovun taleyinə yaxın 60 gündə aydınlıq gələcəyini deyib.
Elxan bəy Xaqani Məmmədovun bu müddət ərzində HK sədri vəzifəsini icra edəcəyini də əlavə edib: “Məsələ ilə bağlı AFFA-da xüsusi komissiya yaradılıb. Komissiya 3 nəfərdən ibarətdi. Üzvlərin adlarını açıqlaya bilmərəm. Məsələyə aydınlıq gətirməli olan şəxslərə 60 gün vaxt verilib. Bu, o demək deyil ki, mütləq 2 aydan sonra rəsmi mövqe bildirməlidirlər. Ola bilər ki, onlara 1-2 həftə vaxt da kifayət etsin. Sadəcə, bu müddət kəsiyi son gündü. Xaqani Məmmədov bu müddət ərzində HK sədri funksiyasını icra edəcək. Çünki komissiyanın son qərarı 2-3 ildən sonra deyil, cəmi 60 gündən sonra bəlli olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp