Azərbaycan – Moldova (2:1) matçından sonra millimizi meydana kapitan kimi çıxaran Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:
– Yoldaşlıq oyunu olasına baxmayaraq, qalib gəlmək istəyirdik. İli qələbə ilə başa vurmaq niyyətində idik. Çətin matç keçdi. 2-ci hissənin sonlarında yorğunluqdan və ya nədənsə arxaya çəkildik. Buna baxmayaraq, bir çox qol imkanlarımız oldu. 
– Səncə, millidə kapitan kimi işinin öhdəsindən nə dərəcədə uğurla gələ bildin?
– Mən “Xəzər Lənkəran”da da kapitanam. Qeyri-adi bir şey yox idi. Necə çıxış edirəmsə, elə də davam edəcəm. Kimin kapitan olmasının elə də fərqi yoxdu.
– 2015-ci il başa çatır. Geridə qalan ili komandamız üçün necə dəyərləndirirsən?
– Seçmə mərhələyə 4 məğlubiyyətlə başladıq. Lakin məşqçi dəyişikliyindən sonra Bolqarıstanla oyunu nəzərə almasaq, ili uğurlu saymaq olar. Çalışıb, növbəti oyunlarda daha da yaxşı nəticə əldə etməliyik.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp