Ötən gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, evdə Moldova yığması ilə üz-üzə gələn komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
Bu oyunda əsas komandamızda debüt edən Paşayev qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib: “Yaxşı oynadıq. Sevinirik ki, matçı qələbə ilə başa vura bildik. Ümid edirik ki, gələn il daha çox qələbələr qazanacağıq. Debüt etdiyim üçün çox şadam, ancaq öz oyunumdan tam olaraq, razı qalmadım. Çünki daha yaxşı oynaya bilərdim. Oyundan sonra komandada əla əhval-ruhiyyə var, hamı sevinir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp