AÇ-2016-nın final mərhələsinə vəsiqə verən pley-off-un oyunları başa çatıb. Futbolinfo.az xəbər verir ki, bu gecə keçirilən oyunlardan sonra son iki vəsiqənin sahibi müəyyənləşib. 
Eyni saatda başlayan matçların hər ikisinə qonaqlar üstünlüklə çıxıb. Ukrayna millisi öz meydanında qazandığı 2:0 hesablı qələbənin verdiyi üstünlüklə yollandığı səfərdə 1:1 bərabərə qalaraq, Fransaya getməyə haqq qazanan xoşbəxtlərdən olub.
 
Danimarkada baş tutan şimallıların duelində isə sevinən İsveç millisi olub. İlk oyunda 2:1 hesabı ilə qələbə qazanan “sarı-göylər” Danimarkada meydandan 2:2-lik bərabərliklə ayrılsalar da, sevinən tərəf olublar. Evdəki qələbə mərhələ adlamaq üçün isveçlilərə bəs edib.  
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp