Rusiya Futbol İttifaqının prezidenti və idman naziri Vitali Mutko maraqlı açıqlamalar verib. “Futbolinfo.az xəbər verir ki, nazir ölkəsinin mətbuatına danışan dünən Azərbaycan və Rusiya (3:0) U-21 milliləri arasındakı oyundan danışıb. 
Mutko bildirib ki, belə hesabla uduzduqlarına görə utanıb: “Oyunçu seçimi və hər şey yaxşı idi. Amma 21 yaşındakı futbolçu meydanda can qoymalıdır. Azərbaycana qarşı matçda çox pis oynadıq. Bu oyuna görə mən də utandım. Biz indi də irəli getməliyik. Baş məşqçi ilə görüşəcəm. Hər şeyi müzakirə edib, bir qərara gələcəyik. Biz daha yaxşı çıxış etmək niyyətindəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp