Noyabrın 13-də Parisdə baş vermiş terror hadisəsinə görə Fransa futbol klubları təhlükəsizlik tədbirlərini gücləndiriblər. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Monako”da eyni addımları atıb. 
Onlar noyabrın 26-da Avroliqanın qrup mərhələsinin 5-ci turunda “Anderlext”lə keçirəcəkləri matç öncəsi təhlükəsizliyi gücləndiriblər. Hətta “Monako” rəhbərliyi belçikalı azarkeşlərin bu şəhərə gəlməsinə qadağa qoyub.
Klub bu addımını belə izah edib: “Parisdə baş verən terror aktı dəhşət idi. Təhlükə hələ sovuşamyıb. Ona görə də biz rəqib azarkeşlərin Monako şəhərinə gəlməsini istəmirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp