İspaniya La Liqasının12-ci turu çərçivəsində keçiriləcək "Real" – "Barselona" matçının hakimləri bəlli olub. Futbolinfo.az xəbər verir ki, "El-Klassiko" adlanan matçı David Fernandez Borbalan idarə edəcək. 
Bu, 42 yaşlı referinin sözügedən komandaların duelinə üçüncü təyinatıdır. Daha əvvəl onun idarə etdiyi hər iki matçda “Barselona” qələbə qazanıb.
Qeyd edək ki, "Real" – "Barselona" matçı noyabrın 21-i Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp