Dünən Azərbaycan milli komandası yoldaşlıq matçı çərçivəsində Moldovanı 2:1 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, bu qələbə yığmamıza gələn ay açıqlanacaq FİFA-nın reytinq cədvəlində 3 xal qazandıracaq. 
Belə ki, hazırda aktivində 293 xal olan və 116-cı yerdə qərarlaşan Azərbaycanın növbəti siyahıda əmsalı 296-ya çatacaq. Bu da millimizin ən yaxşı halda 1 pillə irəliləcəyəyini göstərir. Ölkəmiz dekabrda açıqlanacaq siyahıda Sent Kitts və Nevis, Burundi, Gürcüstan, Efiopiya, Bəhreyn kimi komandaları arxada qoyacaq. Əvəzində hazırda millimizdən geridə olan KXDR, Qırğızıstan, Keniya, Mozambik və Çad irəliləyərək, bizi arxada qoyacaq.
Digər maraqlı məqam isə ölkəmizin tarixində ilk dəfə FİFA reytinqində Cənubi Qafqazdakı qonşularımız olan Ermənistan və Gürcüstanı eyni vaxtda arxada qoyacağıq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp