Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Sumqayıt"ı qəbul edir.
Hazırda "AZAL Arena"da keçirilən və kobudluqla müşayət olunan qarşılaşmada maraqlı hadisə baş verib. Belə ki, epizodların birində meydan sahiblərinin futbolçusu Müşviq Teymurov oyunəsnasında rəqib, yəni "Sumqayıt"lı futbolçu Ağabala Ramazanovun ayağına oyun epizodunda zərbə vurub. Ramazanov isə əvəzində Teymurova "dayan sənin …" deyərək, onu ağır şəkildə təhqir edib.
Maraq üçün onu da bildirək ki, həmin Ramazanov matçın 38-ci dəqiqəsində penaltini qola çevirə bilməyib. Bundan sonra isə sözügedən təhqir hadisəsi yaşanıb.