Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib:
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərh edib:
“Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq”.