“Neftçi” Topaz Premyer Liqasının XIV turu çərçivəsində qarşılaşacağı “Qarabağ” klubu ilə oyunun hazırlığını başa vurub. Futbolinfo.az xəbər verir ki, “Bakcell Arena”dakı məşqdən sonra "ağ-qaralar"ın müdafiəçisi Rahil Məmmədov klub saytına açıqlama verib:
“Hər bir oyuna hazırlaşdığımız kimi, “Qarabağ”la görüşə də ciddi hazırlaşırıq. Bizi çox çətin oyun gözləyir. Rəqib avrokuboklarda iştirak etdiyindən yaxşı vəziyyətdədir. Bununla belə, biz qələbəyə köklənmişik. “Xəzər Lənkəran” üzərində qələbə komandaya psixoloji cəhətdən çox kömək oldu. Komandada atmosfer əladır. Məncə, “Qarabağ”la oyunda bu bizə çox kömək olacaq”.
Shares: