“Neftçi” Topaz Premyer Liqasının XIV turu çərçivəsində qarşılaşacağı “Qarabağ” klubu ilə oyunun hazırlığını başa vurub. Futbolinfo.az xəbər verir ki, “Bakcell Arena”dakı məşqdən sonra "ağ-qaralar"ın yarımmüdafiəçisi Rəhman Hacıyev klub saytına açıqlama verib:
“Oyuna ciddi hazırlaşırıq. Komanda yoldaşlarıma, rəhbərliyə, məşqçilərə güvənirəm. İnşallah, meydana çıxıb 3 xalı qazanacağıq. Azarkeşlərə demək istəyirəm, gəlib yenə bizə dəstək olsunlar. Düzdür, hazırkı vəziyyətimiz o qədər də pis deyil. Amma hamımız bir olub, bu vəziyyətdən çıxmalıyıq”.
Shares: