Premyer Liqanın XIV turunun səfər matçında “Zirə”yə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün istirahət edəcək. 
Sabah isə Lənkəranda toplanacaq komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq. İki gün hazırlaşdıqdan sonra “Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/8 final mərhələsi (biroyunluq) çərçivəsində dekabrın 2-də doğma şəhərdə “Kəpəz”i qəbul edəcək.
(12cioyuncu.info)
Shares: