Almaniya Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu "Fortuna II" (Dusseldorf) də növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Oberhausen”lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat isə 45-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Fortuna II” 25 xalla 7-ci pillədə qərarlaşıb.