İspaniya La Liqasında 13-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda doğma meydanda ölkənin nəhəng klubu “Real”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İsrafilov isə sona qədər eytiyat oyunçular skamyasında qalıb.
 
Qeyd edək ki, “Eybar” 20 xalla 8-cı pillədə qərarlaşıb.
Shares: