Topaz Premyer Liqasında 14-cü turun qarşılaşmaları davam edir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
"Bakcell Arena"da keçiriləm matçdakı yeganə qolun müəllifi Rəhman Hacıyev jurnalistlərin suallarına cavab verib:
– Çətin oyun oldu. Meydana qələbə üçün çıxmışdıq. Uzun müddətdi ki, “Qarabağ”la matçlarda qələbə qazana bilmirdik. Əziyyət çəkdik, bütün komanda yoldaşlarıma "çox sağol" deyirəm. Qələbə tək mənə yox, bütün komandaya aiddi. Qol vurduğuma görə şadam. Artıq növbəti oyuna hazırlaşmalıyıq.
– “Böyük Oyun”un ardınca “Qarabağ”ı da məğlub etdiniz. Birdən-birə nə dəyişdi?
– Futbolda zəif rəqib olmur. Heç bir şey dəyişməyib. Sadəcə olaraq, daha da ciddi hazırlaşırıq, əziyyət çəkirik.
– Futbolda zəif rəqib olmur. Heç bir şey dəyişməyib. Sadəcə olaraq, daha da ciddi hazırlaşırıq, əziyyət çəkirik.
– Ola bilərmi ki, Samir Əliyevin vaxtında komandada inam yox idi?
– Xeyr, belə şey yox idi, sadəcə, bəxtimiz gətirmirdi.
– Xeyr, belə şey yox idi, sadəcə, bəxtimiz gətirmirdi.
– Çempionluq bir qədər çətin olacaq, amma komandanın yenidən avrokubok mübarizəsinə qoşulduğunu demək olarmı?
– Əlbəttə, biz bunun üçün çalışırıq. Bütün oyunlara qələbə üçün çıxırıq.
– Əlbəttə, biz bunun üçün çalışırıq. Bütün oyunlara qələbə üçün çıxırıq.
– İlk cərimə zərbəsini Ruslan Qurbanov, ikincini isə sən vurdun. Qol epizodundan öncə o, sənə nə dedi?
– Mənə dedi ki, “tələsmə”. Mən də ona narahat olmamağını bildirdim.
– Mənə dedi ki, “tələsmə”. Mən də ona narahat olmamağını bildirdim.
ELMAR ABDULLA-ZADƏ