“Neftçi” – “Qarabağ” (1:0) matçından sonra qonaq komandanın hücumçusu Əfran İsmayılov jurnalistlərin suallarına cavablandırıb:
– Bizim şanslarımız daha çox oldu. Amma nəticə “Neftçi”nin xeyrinə oldu. Belə oyunlar olur. Yorğunluğu bəhanə etmək istəmirəm. Futboldu, hər gün dəyişkən heyətlə çıxış etməyimiz bizə çətinlik yaradır. Heç-heçə ədalətli nəticə ola bilərdi. “Neftçi”ni təbrik edirəm.
– Elvin Yunuszadə avrokuoklardakı oyunu bəhanə gətirdi…
– Xeyr, heç bir yorğunçuluğu bəhanə etmək olmaz. Yunuszadə heç avrokubok matçında meydana çıxmayıb. (gülür) Bəhanəni biz gətirə bilərik. Amma bəhanəlik bir şey də yoxdu. 
– Sənə də elə gəmirmi ki, son matçlarda qapı ağzında nə edəcəyini özün də bilmirsən?
– Xeyr,  bu gün zərbəm də dirəyə dəydi. Futboldu da, girməyəndə, girmir. 
– Arada xal fərqinin çox olması sizi rahatlaşdırmırdı?
– Düzü, heç 2-ci yerdə gedən komanda ilə aramızdakı xal fərqinin nə qədər olduğunu bilmirdim. Əsas odur ki, yenə də liderik. Bunun davamını gətirmək lazımdı. Belə şeylər olur. Əsas odur ki, bu oyundan nəticə çıxaraq. 
ELMAR ABDULLA-ZADƏ
Shares: