Bu gün Topaz Premyer Liqasında 14-cü tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, günün yeganə matçı Qəbələdə baş tutacaq. 
30 noyabr 
 
“Qəbələ” – “Rəvan”
17:00, Qəbələ şəhər stadionu, 
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov 
Şübhəsiz ki, matçın favoriti kimi meydan sahiblərini göstərmək olar. Hazırda turnir cədvəlində 4-cü pillədə olan “Qəbələ” bu qarşılaşmada qalib gəlməklə həm 2-ci yerə qalxacaq, həm də lider “Qarabağ”la arasındakı xal fərqini 6-ya endirəcək. Bundan başqa, “qırmızı-qaralar” 5 oyunluq qələbəsiz seriyaya da son qoymağa çalışacaq. Turnir cədvlənin son pilləsində olan qonaqlar isə qalib gəlməklə, əsas rəqiblərindən geridə qalmamağa cəht edəcək. 
“Qəbələ” – “Rəvan” – 9 oyun, +6=1-2, top fərqi 19-8
30.09.2011    Qəbələ – Rəvan (Bakı)    2:3
03.03.2012    Rəvan (Bakı) – Qəbələ    0:4
24.09.2012    Qəbələ – Rəvan (Bakı)    1:3
25.11.2012    Rəvan (Bakı) – Qəbələ    1:3
20.09.2013    Qəbələ – Rəvan (Bakı)    3:0
29.11.2013    Rəvan (Bakı) – Qəbələ    0:1
23.02.2014    Qəbələ – Rəvan (Bakı)    0:0
20.04.2014    Rəvan (Bakı) – Qəbələ    1:2
25.09.2015    Rəvan (Bakı) – Qəbələ    0:3
BU MÖVSÜM…  
… “Qəbələ” öz meydanında: 7 oyun, 3 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 12:5
… “Rəvan” səfərdə: 6 oyun, 1 qələbə,  1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 5:9  
İlk dövrədəki oyun – 3:0    
OYUNDAN NOTLAR 
•  Cəza səbəbindən heç kim matçı buraxmayacaq. 
•   Ürfan Məmmədov, Ruslan Abışov, Elvin Camalov (“Qəbələ”), Yamin Ağakərimzadə ("Rəvan") cəza həddindədi. 
•  Zədə səbəbindən Dodo (“Qəbələ”) matçda iştirak edə bilməyəcək. 
•  “Rəvan” bu rəqibinə qarşı son 6 matçda qalib gələ bilməyib
HAKİM
Bu, Rauf Cabbarovun cari çempionatda 4-cü təyinatıdı. Referi indiyədək sözügedən komandalardan yalnız “Rəvan”nın 2 qarşılaşmasında fit çalıb. Ədalət təmsilçisi 5-ci  turda “Zirə”ylə (1:2) matçı idarə edib. Cabbarov həmin görüşdə tərəflərə 2 sarı vərəqə göstərmişdi. Ədlət təmsilçisi həmçinin “qartallar”ın 1 futbolçusunu da meydandan qovmuşdu. Adıçəkilən hakimin paytaxt təmsilçisi ilə yolu növbəti dəfə 7-ci turda kəsişib. Bu dəfə AZAL-la (0:1) səfərdə keçirilən oyunda o, şüvəlanlıların 4, qonaqların isə 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırmışdı.
ELMAR ABDULLA-ZADƏ
Shares: