“İnter”lə Gəncədə keçirilən oyundan sonra “Kəpəz”in üzvləri iki günlük istirahətə buraxılıb. Futbolinfo.az xəbər verir ki, komanda üzvlərinə kubok oyunu öncəsi dincəlmək imkanı yaradan məşqçilər korpusu "sarı-göylər"i bu gün toplayacaq. komandanın məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq.
Dekabrın 1-də isə “Kəpəz” Lənkərana yollanacaq. Gəncə təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Qala” otelində məşkunlaşacaq komanda oyunun reallaşacağı arenada həmin gün matç öncəsi son məşqini də keçirəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Kəpəz” oyunu dekabrın 2-də saat 17:00-da başlayacaq.
Shares: