İspaniya La Liqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Valensiya” nın çalışdırıcısı Nuno Espirito Santos istefa verib.
41 yaşlı mütəxəssis dünən səfərdə “Sevilya”ya 0:1 hesablı məğlubiyyətdən sonra bu addımı atıb. Ötən mövsümdən komandanı çalışdıran Santos açqılamasında uğursuz nəticələrdən sonra bu qərara gəldiyini bildirib.
Qeyd edək ki, “yarasalar” hazırda 19 xalla 9-cu pillədədi.