Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Şəmkir" hazırlığını doğma şəhərdəki olimpiya idman kompleksində davam etdirirdi. Futbolinfo.az xəbər verir ki, 1-ci divizion təmsilçisi artıq məşqlə yekunlaşdırıb.
"Ağ-qırmızılar" həmişə olduğu kimi, yenə də oyun üçün səfərdə bir gün əvvəl gedəcək. Kamran Əlibabayevin komandası oyunöncəsi son məşqinə sabah axşam saatlarında görüşün baş tutacağı Suraxanı qəsəbəsindəki "Azərsun" arenada çıxacaq.