“Neftçi” – “Qarabağ” oyunundan əvvəl "Neftçi"nin təşkilatçılığı ilə “Bakcell Arena” stadionunda “Real penalti” müsabiqəsi və azarkeşlərin oyunaqədərki vaxtlarini səmərəli keçirməsi üçün əyləncəli xarakterli “Virtual penalti” yarışması baş tutub. Futbolinfo.az xəbər verir ki, 79 nəfər iştirakçının qatıldığı müsabiqənin qalibi adını 30 xal toplamış Əfsun Seyfullayev qazanıb. İkinci və üçüncü yeri 20 xalla Qədir Qədirov və Vüqar Mansurov tutublar. Qaliblərə hədiyyələri oyunun fasiləsində “Neftçi”nin idman direktoru Vəli Qasımov təqdim edib.
Qeyd edək ki, “Neftçi”nin ev oyunları zamanı bu cür müsabiqələrin təşkili artıq ənənə halını alıb. Hər ev oyununda paytaxt klubu azarkeşlərini bu cür müsabiqələrlə sevindirməkdə davam edəcək.
 
12308417 1083838244981984 7882396008439366323 n - Futbolinfo.az12279133 1083838838315258 7071639873412429963 n - Futbolinfo.az12313948 1083839068315235 1679995691178890283 n - Futbolinfo.az
Shares: